SƏNAYE

04 Avqust

BP “Şahdəniz” yatağından qaz hasilatını 30% artırıb

2022-ci ilin birinci yarısında “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 13 milyard kubmetr qaz hasil edib ki, bu da 2021-ci ilin yanvar-iyun aylarının göstəricisindən 30% çoxdur.

"Fins.az" xəbər verir ki, bu dövrdə yataqdan 18 milyon bareldən çox (2 milyon ton) kondensat hasil edilib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 19,2% çoxdur.

“Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir”, - şirkətdən bildirilir.

2022-ci ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə $1 milyard 446 2 milyon (azalma 4%) əməliyyat xərcləri və $1 milyard 260 milyondan artıq əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Həmçinin, şirkətdən məlumat verilib ki, hesabat dövründə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə gündəlik orta hesabla 56,9 milyon kubmetr qaz (2021-ci ilin yanvar-iyun aylarında gündəlik 46,51 milyon kubmetr) nəql olunub. Bu dövrdə CQBK-nin əməliyyat xərcləri $29 milyon, əsaslı xərclər isə $2 milyon təşkil edib.