SƏNAYE

04 Avqust

bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı azalıb

Azərbaycanda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 76 nəfər azalıb.

"Fins.az" "bp Azərbaycan"ın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

Qeyd edək ki, 2021-ci ilin birinci yarımilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər olmuşdu.