SƏNAYE

04 Avqust

Cənubi Qafqaz Boru Kəmərinin xərcləri nə qədər olub?-MƏBLƏĞ

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 29 mln. dollar, əsaslı xərclər isə təqribən 2 mln. dollar olub.

BP-dən “Fins.az”a verilən məlumata görə, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,9 mln. kubmetr olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.