SƏNAYE

04 Avqust

BP AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar xərcləyib

2022-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənib.

"Fins.az" xəbər verir ki, bu barədə BP-nin 2022-ci ilin birinci yarısının yekunlarına dair hesabatında məlumat verilib.

Bildirilir ki, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləyib.

Müəllif: Aynur Qəniyeva