SƏNAYE

02 Avqust

Azərbaycan və Türkiyə ikinci Enerji Forumunun keçirilməsini müzakirə edir

Azərbaycan və Türkiyə ikinci Enerji Forumunun keçirilməsini müzakirə edir.

"Fins.az" xəbər verir ki, sözügedən məsələ avqustun 1-də Bakıda energetika nazirinin müavini Elnur Soltanov ilə Türkiyənin energetika və təbii sərvətlər nazirininmüavini Alparslan Bayraktarın görüşündə müzakirə edilib.

Energetika Nazirliyinin məlumatına görə, görüşdə, həmçinin iki ölkə arasında enerji əməkdaşlığı, birgə regional enerji layihələri, regionda artan qaz tələbatı kontekstində əlavə qaz həcmlərinin tədarükü istiqamətində atılan addımlar müzakirə edilib.

Azərbaycan və Türkiyə arasında elektrik enerjisi mübadiləsi məsələsinə toxunulub, Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixracı imkanlarının öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə birinci Enerji Forumu 2021-ci ilin dekabr ayında Bakıda keçirilib.