SƏNAYE

01 Avqust

“Azərkosmos”dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dollarlıq xidmət ixrac edib

2022-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac İcmal"ının iyul sayında məlumat verilib.

Məlumata görə, “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,8 milyon ABŞ dolları ilə Fransa, 2,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ və 0,7 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.