SƏNAYE

26 İyul

Azərbaycan İtaliya və Yunanıstana qaz ixracını 3 dəfə artırıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 9 milyard 458 milyon 59,77 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% çoxdur.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bu dövrdə qaz ixracından $5 milyard 994 milyon 793,6 min məbləğində gəlir (artım 4,5 dəfə) əldə edilib. Azərbaycandan ümumi ixracın 61,4%-i qaz ixracının payına düşüb.

2022-ci ilin yanvar-may aylarında ixracın əsas həcmi - $639 milyon 440,02 min məbləğində 3 milyard 625 milyon 460,63 min kubmetr qaz (bütün ixracın 38,3%-i) Türkiyənin payına düşüb.

2022-ci ilin yanvar-may ayarında ayında ölkələr üzrə qaz ixracının strukturu aşağıdakı kimidir:

Ölkə

Həcm, min

kubmetr

2021-ci ilin

yanvar-may ayları

ilə müqayisədə

Gəlir,

min dollar

2021-ci ilin

yanvar-may ayları

ilə müqayisədə

Türkiyə

3 625 460,63

-38,4%

1 057 719,48

+31,4%

Gürcüstan

1 624 551,17

-11,4%

226 558,13

-5,3%

İtaliya

3 571 372

+ 3,1 dəfə

4 193 647,84

+17,2 dəfə

Bolqarıstan

126 236,5

+37,2%

33 570,61

+ 2,75 dəfə

Yunanıstan

383 081,08

+ 3 dəfə

478 463,51

+14,6 dəfə

Cəmi

9 458 059,77

+3,1%

5 994 793,6

+4,5 dəfə

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.