SƏNAYE

26 İyul

Rusiya 2030-cu ilə qədər İrana dəmir yollarının tikintisi və inkişafı üçün 1,5 milyard dollar ayırmağa hazırlaşır

Rusiya Nəqliyyat Nazirliyinin təqdimatına əsasən, Rusiya 2030-cu ilə qədər olan dövrdə İrana dəmir yollarının tikintisi və inkişafı üçün 1,5 milyard dollar ayırmağa hazırlaşır, Rusiya KİV-i yazır.

Məlumata görə, bu vəsait Azərbaycanın sərhədyanı Astara şəhərindən İranın Rəşt şəhərinə qədər 164 km uzunluğunda hiss'nin tikintisinə, həmçinin 495 km uzunluğunda Gərmsar-İnçə-Burun xəttinin elektrikləşdirilməsinə sərf olunacaq.

 Hər iki istiqamət 20 il əvvəl yaradılmış “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) bir hissəsidir. Xəttin tikintisi 2 milyard dollar dəyərində qiymətləndirilir, Azərbaycan ilk 500 milyon dolları beş il əvvəl verib.