SƏNAYE

26 İyul

Azərbaycan AI-92 markalı benzin idxalını təxminən 30 dəfə artırıb

Azərbaycan 2022-ci ilin yanvar-may aylarında 148 min 79,29 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 29,6 dəfə çoxdur.

AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $169 milyon 900,72 min (artım 71,2 dəfə) təşkil edib.

$122 milyon 143,5 min dəyərində 106 min 456,58 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72%-i) Rusiyadan idxal edilib.

Qalan həcm ($41 milyon 731.96 min dəyərində 36 min 571 ton avtomobil benzini) Türkmənistandan və Rumıniyadan ($2 milyon 27.08 min dəyərində 1 min 525,41 ton avtomobil benzini) idxal edilib.

Benzin idxalı 2022-ci ilin fevral-may aylarında həyata keçirilib.

2021-ci ilin yanvar-may aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini Gürcüstandan idxal edilib.

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.

Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci ilin aprel ayının əvvəlindən 50 gün müddətinə planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.