SƏNAYE

25 İyul

Azərbaycan qazının Türkiyəyə nəqli profilaktik işlərə görə 2 həftə ərzində dayandırılacaq

Avqust ayında Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri (CQBK, Bakı-Tbilisi-Ərzurum) ilə Türkiyəyə nəqli bu qaz kəmərinə texniki xidmət səbəbindən iki həftə müddətinə dayandırılacaq.

Bu barədə Türkiyənin BOTAS qaz şirkəti məlumat verir.

“Şahdəniz- Türkiyə (BTƏ- İF) qaz kəmərində planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar avqustun 14-dən 28-dək Türkgözün giriş nöqtəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qaz nəqli 14 gün ərzində mümkün olmayacaq”, - deyə bəyanatında bildilir.

BOTAS-ın Twitter hesabındakı bəyanatında qeyd olunur ki, planlı texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklifin balansı ilə bağlı heç bir problem gözlənilmir.