SƏNAYE

22 İyul

Belçikadan atom elektrik stansiyasının fəaliyyətini uzatma qərarı

Belçika hökuməti 2025-ci ildə dayandırılması planlaşdırılan atom elektrik stansiyalarının istismar müddətini 10 il uzatmaq üçün Fransanın enerji şirkəti Engie ilə razılığa gəlib.
"Fins.az" xəbər verir ki, Belçikanın Baş naziri Alexander De Croo sosial media hesabında federal hökumət və Engie-nin iki atom elektrik stansiyasının işləmə müddətlərinin uzadılmasına dair prinsipial razılığa gəldiyini açıqlayıb. 

Belçikada geosiyasi qeyri-sabitlik mühitində enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün çalışdıqlarını vurğulayan De Croo, ilin sonuna qədər şirkətlə nüvə stansiyaları ilə bağlı yekun razılaşmanın əldə ediləcəyini bildirib.

Müqavilə çərçivəsində 1985-ci ildə Belçikada inşa edilən Doel 4 və Tihange 3 reaktorlarının istismar müddəti daha 10 il uzadılacaq.