SƏNAYE

22 İyul

Energetika Nazirliyinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı AÇIQLANIB

2022-ci ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1964 zəng qəbul edilib.
"Fins.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb. 

Məlumata görə daxil olan zənglərin 1523-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 165-i sayğaclaşma, 90-ı təşəkkür xarakterli, 186-ı isə digər məsələlərlə bağlı olub. Qaz təchizatı üzrə zənglərdən 5-ni qaz sızması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.