SƏNAYE

22 İyul

IEA: “Avropa ölkələri qaz istehlakını 15% azaltmalıdır”

“Avropa ölkələri qaz istehlakını ən azı 15% azaltmasalar, bu qış ciddi çətinliklərlə üzləşəcəklər”.

Fins.az xəbər verir ki, bunu “Foreign Policy” jurnalına müsahibəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib.

“Rusiya qazının maksimum həcminin bir hissəsi Şimal axınından Avropaya gəlsə belə, biz yenə də qaz istehlakını azaltmalı olacağıq. Avropada qaz istehlakını azaltmadan bu problemi həll edə bilmərik. Əlavə tədarüklər, digər ölkələrdən mövcud qaz tədarükü, istər Norveç, istərsə də Azərbaycandan kifayət deyil”, - Birol vurğulayıb.