SƏNAYE

21 İyul

“Yevlax-Şəki-Balakən” magistral qaz kəmərində yüksək riskli qaz sızması baş verib

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə, 21.07.2022-ci il tarixində təmir işləri başa çatanadək “Oğuz” QPS-dən qidalanan “Turan qəsəbəsi” ölçü qovşağından və “Yaqublu” QPS-dən qidalanan “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir müddətində Oğuz rayonunun tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var.