SƏNAYE

20 İyul

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlandı

01 iyul 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Dövlət Neft Fondunun yaydığı məlumatda bildirilir ki, 01.01.2022 - 01.07.2022-ci il dövründə AÇG yatağından 4 milyard 871 milyon ABŞ dollar, Şahdəniz yatağından (qaz və kondensat) 633 milyon 256  min ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 219 milyon 357 min ABŞ dolları təşkil edib.