SƏNAYE

18 İyul

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2% artıb

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 6,2% çox ümumi daxili məhsul istehsal olunub, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2% artıb.

Bu barədə "Fins.az" Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-iyun aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 9,6% artıb.

6 ay ərzində ölkədə 63 milyard 364,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

ÜDM istehsalının 53,3%-i sənaye, 7,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8%-i nəqliyyat və anbar təsərrüfatı, 4,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8%-i tikinti, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14,5%-i digər sahələrin payına düşüb.