SƏNAYE

18 İyul

Azərbaycanın qeyri-neft-qaz sektoru 10 % böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 63 364,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 9,6 % artıb.

ÜDM istehsalının 53,3 %-i sənaye, 7,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,7 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 %-i tikinti, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrinin, 14,5 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 58,1% artaraq 6 305 manat olub.