SƏNAYE

14 İyul

Qarabağ və Şərqi Zəngəzurda işlər üçün dövlət büdcəsindən 19 milyon manata yaxın vəsait ayrılacaq

2022-ci ildə “Azərsu” ASC-yə müxtəlif regionlarda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması işlərinə dövlət büdcəsindən 157,86 milyon manat ayrılacaq.

Məlumata görə Nazirlər Kabinetinin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən, müxtəlif regionlarda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, sistemlərin yenidənqurulması, sayğacların quraşdırılması və ekoloji tədbirlərə dövlət kapital qoyuluşları çərçivəsində 138,96 milyon manat ayrılacaq.

Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması və tikintisi, sayğacların quraşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dövlət büdcəsindən 18,9 milyon manatın ayrılması planlaşdırılır.