SƏNAYE

13 İyul

IEA: İyun ayında qlobal neft təklifi artıb

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının iyun ayında əvvəlki ayla müqayisədə gündəlik 690 min barel artaraq 99 milyon 500 min barrelə çatdığını bildirib.
"Fins.az" xəbər verir ki, BEA-nın iyun ayı üçün açıqladığı “Neft Bazarı Hesabatı”nda hasilatın artmasında Rusiya, ABŞ və Kanadanın yüksək hasilatının təsirli olduğu bildirilib.

"Beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyanın dayanıqlılığı iyun ayında dünya neft tədarükünü artırıb və əməliyyat problemləri və vətəndaş iğtişaşları səbəbindən başqa yerlərdə azalmaların kompensasiyasına kömək edib", - deyə hesabatda deyilir.

İyun-dekabr ayları arasında qlobal neft hasilatının 1 milyon 800 min barel artması gözlənilən hesabatda bu dövrdə OPEC+ ölkələrində gündəlik hasilatda 380 min barel artımın gözlənildiyi qeyd edilib.

Eyni dövrdə OPEC+ üzvü olmayan ölkələrdə gündəlik hasilatın 1 milyon 400 barel artması gözlənilən hesabatda Liviya, Qazaxıstan və Körfəz ölkələrində hasilatın artmasının səbəb olduğu azalmanı kompensasiya edəcəyi proqnozlaşdırılıb.

Müəllif:Aynur Qəniyeva