SƏNAYE

13 İyul

OPEK-in gündəlik hasilatı 180 min barel artıb

BEA-nın iyun ayı üçün "Neft Bazarı Hesabatı"na görə OPEC-in xam neft hasilatı iyun ayında əvvəlki ayla müqayisədə 180 min barel artaraq gündəlik 28 milyon 740 min barrelə yüksəlib.

"Fins.az" xəbər verir ki, bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 380 min barel olaraq qeyd edilib. Belə ki, OPEC-in ötən ay ümumi neft hasilatı gündəlik 34 milyon 120 min barel olub.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə əvvəlki ayla müqayisədə gündəlik 500 min barrel artaraq 65 milyon 340 min barrelə çatıb.

Buna görə qlobal neft hasilatı iyun ayında gündəlik 690 min barrel artaraq təxminən 99 milyon 500 min barrelə çatıb.