SƏNAYE

09 İyul

Kiriakos Mitsotakis: Azərbaycan qazı Yunanıstan və Bolqarıstanın enerji müstəqilliyinə güclü təkan verəcək

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis IGB-nin açılış mərasimində bildirib ki, Azərbaycan qazını nəql edəcək Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) Yunanıstanın və Bolqarıstanın enerji müstəqilliyinə güclü təkan verəcək.

Baş nazir deyib: “Bu gün Yunanıstan,  Bolqarıstan, Balkanlar və bütün Avropa üçün vacib məqamdır. Çünki bu gün sadəcə qaz xəttini deyil, Yunanıstanla Bolqarıstanı birləşdirəcək enerji körpüsünü açırıq”.

K.Mitsotakis qeyd edib ki,  Yunanıstan öz enerji müstəqilliyini qoruyur və digər tərəfdən bütün Avropa üçün enerji  habına çevrilir: “Boru xətii TAP-a qoşulacaq, Aleksandrupolisdə müxtəlif obyektlər  yaradılacaq”.