SƏNAYE

09 İyul

TAP-ın icraçı direktoru xəttin gücünün artırılması şərtlərini açıqlayıb

Trans-Adriatik boru xətti (TAP)  Avropaya enerji daşıyıcıları tədarükünün təhlükəsizliyinin təmin olunması məqsədilə cari buraxılış gücünü mərhələli şəkildə iki dəfə artıra bilər.

“Azernews”a müsahibəsində TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, TAP-ın buraxılış gücünün iki dəfə artırılması layihənin planlaşdırma mərhələsində nəzərdə tutulmuşdu: “TAP-ın cari gücü ildə 20 milyard kubmetrə çata bilər. Xəttin genişləndirilməsi imkanları müntəzəm bazar sınaqlarının açıq, şəffaf şəkildə və ayrı-seçkilik olmadan keçirilməsi yolu ilə təklif edilir. Bir sözlə, TAP maraqlı tərəflərə infrastruktur gücünün uzunmüddətli artırılması ilə bağlı müraciətlərini təqdim etməyi təklif edir”.

Luka Skyeppati qeyd edib ki,  hazırda 2021-ci ildə elan olunmuş bazar  sınağı keçirilir: “Bazar sınaqlarının birinci mərhələsinin 2022-ci ilin noyabrında, daha sonra ikinci mərhələnin 2023-cü ildə keçirilməsi nəzərdə tutulur. Bazar tələbinin yaranacağı və genişlənmənin iqtisadi səmərəli olacağı təqdirdə TAP əlavə kompressorlar quraşdırmaqla nəql gücünü iki dəfə artıra bilər”.