SƏNAYE

08 İyul

Azərbaycanda bu il 281 km uzunluğunda yeni qaz xətləri çəkilib

"Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-iyun aylarında Azərbaycanda 281 km uzunluğunda yeni qaz xətləri çəkib.

Fins.z-ın məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Ruslan Əliyev qeyd edib ki, hesabat dövründə çəkilən qaz xətlərinin 35 km-i Bakı və Abşeronun, 246 km isə regionların payına düşüb.

Baş direktor onu da əlavə edib ki, yanvar-iyun aylarında İB tərəfindən respublika üzrə 67 km qaz xətləri əsaslı təmir olunub (Bakı üzrə - 38 km, regionlar – 29 km).