SƏNAYE

05 İyul

İranın energetika naziri Azərbaycana səfər gələcək

İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana bir günlük səfərə gələcək.

"Fins.az" xəbər verir ki, Mehrabian bu gecə Bakıya gələcək.

Məlumata görə nazirin ölkə rəsmiləri ilə görüşləri iyulun 6-na planlaşdırılıb.

Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.