SƏNAYE

02 İyul

SOCAR Energy Switzerland İsveçrənin ən iri enerji şirkətinə çevrilib - Səfir

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov "SOCAR Energy Switzerland" şirkətinin təsis olunmasının 10 illiyinə edilmiş tədbirdə çıxış edib.

Bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, "SOCAR Energy Switzerland" yarandığı ilk gündən İsveçrənin ən iri enerji şirkətinə çevrilib.

"Həm Azərbaycanın Berndəki səfirliyi, həm də "SOCAR Energy Switzerland" 2012-ci ildə fəaliyyətə başlamasından bəri Azərbaycanla İsveçrə arasında siyasi və iqtisadi münasibətlərin inkişafı üçün əməkdaşlıq edir. Bu nəticələrlə fəxr edirəm", - səfir bildirib.
 
© trend