SƏNAYE

02 İyul

ABŞ Avropaya qaz nəqlində ilk dəfə Rusiyanı üstələdi

Fins.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “Twitter” hesabında bildirib ki, iyun ayının nəticələrinə görə, ABŞ-dan Avropa İttifaqına LNG ixracının həcmi “Qazprom”un tədarükünü bir qədər üstələyib. O əlavə edib ki, Aİ ölkələri Rusiya qazının tədarükünün azalması fonunda qaza tələbatı azaltmağa çalışmalıdır.

Fatih Birol Rusiya və ABŞ-ın Avropaya nə qədər qaz tədarük etdiyini dəqiq açıqlamayıb. Lakin məlumdur ki, mart ayında ABŞ Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmaq üçün bu il Avropaya 15 milyard kubmetr LNG tədarük etməyi öhdəsinə götürmüşdü.