SƏNAYE

30 İyun

"OPEC+" ölkələri avqustda gündəlik neft hasilatının artırılmasını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 648 min barel artırılmasına dair qərar qəbul edilib.

Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, növbəti iclas avqustun əvvəli keçiriləcək.