SƏNAYE

28 İyun

«Baku Steel Company»ni Bakı və Abşeronda yeni zavodlar tikəcək-RƏHBƏRDƏN AÇIQLAMA

Bakı və Abşeron ərazisində yeni fabrik və zavodların tikilməsinə başlayacağıq.

Bunu "Fins.az"a müsahibəsində «Baku Steel Company» QSC-nin Baş direktorunun müavini, Maliyyə direktoru Anar Hacızadə deyib.

O bildirib ki, indi əsas istəyimiz istehsalı böyütməkdir.İstehsalı tam böyüdüb 90% səviyyəsinə çatdırmağın üzərində işləyirik. Ondan sonra isə Bakı və Abşeron ərazisində yeni fabrik və zavodların tikilməsinə başlayacağıq.

Anar Hacızadə rəhbərlik etdiyi zavodun yerli bazarla yanaşı xarici bazarlara ixrac edildiyini açıqlayaraq " Biz istehsal etdiyimiz məhsulları ancaq yerli bazara deyil, eyni zamanda xarici ölkələrə satırıq. Həm Rusiya,həm də Gürcüstan bazarına mallarımızı ixrac edirik. Ay ərzində 4-5 milyon manat həcmində malları xarici ölkələrə ixrac edirik. Cəmi dövriyyəmiz aylıq 36 milyon manatdır. Qarabağda olan tikintilərin çox faizi məhz bizim məhsullardan istifadə edilir. Aylıq 10 min ton armatur  Qarabağa yola salınır,"-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva