SƏNAYE

28 İyun

Türkiyənin neft idxalı 10% artıb

Türkiyənin bu ilin aprel ayında neft və neft məhsulları idxalı ötən ilin eyni ayı ilə müqayisədə 10,1% artaraq 3 milyon 933 min 497 tona çatıb.

Fins.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında qeyd edilib.

Məlumata görə, Türkiyənin ümumi neft məhsullarının idxalında ən böyük paya malik olan xam neft idxalı 15,5% artaraq 3 milyon 16 min 571 ton olub. Bu dövrdə dizel növlərinin idxalı 16,6% azalaraq 656 min 870 ton olub. İdxalın qalan hissəsini aviasiya, dəniz yanacağı, benzin və mazut növləri təşkil edib.

Hesabat dövründə Türkiyə ən çox xam neft və neft məhsullarını 1 milyon 392 min ton ilə Rusiyadan, 1 milyon 83 min ton ilə İraqdan, və 284 min 18 ton ilə Səudiyyə Ərəbistanından idxal edib.

Əlavə edək ki, Azərbaycandan bu ilin yanvar-may aylarında Türkiyəyə 118,9 milyon ABŞ dolları məbləğində 216,5 min ton neft və neft məhsulları ixrac edilib.