SƏNAYE

27 İyun

Ucuz enerji dövrü Avropa üçün bitir

Fins.az xəbər verir ki,  Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı kontekstində Avropada ucuz enerji erası başa çatıb, Latviyanın baş naziri Krisjanis Karins bildirib. O, enerji bazarlarında gərginləşmiş vəziyyəti müzakirə etmək üçün ölkələrin nümayəndələrinin bir araya gəldiyi Brüsseldə Aİ sammitində müvafiq tezislə çıxış edib.

Latviyanın baş naziri izah edib ki, Avropa üçün indiki şəraitdə “Rusiyanın enerji resursları” anlayışı da bitib, bu da region ölkələrinin alternativ tədarük mənbələri axtardığını göstərir. "Bu, hamımız üçün çətinliklər yaradır, lakin sonda biz daha möhkəm olacağıq" deyə bildirib. 

İyun ayında “Qazprom”un “Şimal axını” ilə təchizatı azaltmasından sonra Avropanın enerji sektorunda vəziyyət daha da pisləşib və bu texniki problemlərlə əlaqələndirilib.  Bloomberg qeyd edir ki, Avropa liderləri nasos həcmlərinin daha da azaldılmasına hazırlaşır və bu görünməmiş böhranı yumşaltmağın yollarınından biri kimi təqdim edilir.

© bloomberg