SƏNAYE

21 İyun

“Azəralüminium” Çindən anod blokların daşınmasına 2 milyon manatdan artıq vəsait ödəyəcək

“ADY Konteyner” şirkəti bişirilmiş karbon anod bloklarının Çinin Qujinq şəhərindən Gəncəyə daşınması ilə bağlı “Azəralüminium” MMC-nin elan etdiyi tenderin qalibi olub.

Bu barədə “Azəralüminium” MMC-dən məlumat verilib.

Müqaviləyə əsasən, “ADY Konteyner” 3 min ton (110 konteyner) miqdarında anod blokun daşınmasını həyata keçirəcək.

Müqavilənin dəyəri 2 milyon 150,5 min manatdır.

“Azəralüminium” MMC boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet,külçəvə rulon şəklində) məhsullarının istehsalı ilə məşğul olan əlvan metallurgiya müəssisələrini özündə birləşdirir. İllik istehsal gücü 50 min tondur. Müəssisənin məhsullarının 98%-i Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ-a ixrac edilir