SƏNAYE

20 İyun

Neft Fondu: Məlum hərbi-geosiyasi münaqişə Neft Fondunun Rusiyada edilən investisiyalarına da ciddi təsir göstərib

Səhm indekslərində müşahidə olunan dalğalanmalarla yanaşı, məlum hərbi-geosiyasi münaqişə Rusiya maliyyə bazarlarına, o cümlədən ARDNF-nin Rusiyada edilən investisiyalarına da ciddi təsir göstərmişdir.

Bu barədə "Fins.az"-ın sorğusuna cavabda Neft Fondundan bildirilib

Qeyd olunub ki, lakin, bir daha bildirmək istərdik ki, ARDNF onun məqsəd və vəzifələrindən irəli gələn fəaliyyətinin səmərəli şəkildə icrası üçün müxtəlif risk faktorları, o cümlədən geosiyasi risklər nəzərə alınmaqla tarazlaşdırılmış və olduqca şaxələndirilmiş investisiya portfelinə sahibdir və bu portfel üzrə onun sayı on minlərlə ölçülən individual investisiya mövqeləri vardır. Nəticə olaraq, ARDNF-nin qlobal səviyyədə şaxələndirilmiş investisiya portfeli üzrə gəlirlilik hər hansı bir individual yatırım üzrə deyil, ümumi portfel kontekstində dəyərləndirilir və bu barədə də ictimaiyyət vaxtlı-vaxtında məlumatlandırılır. Təbii ki, bu o anlama gəlmir ki, ARDNF-nin Rusiyadakı yatırımları ümumi portfel idarəetməsi və ya risk idarəetməsi çərçivəsindən kənarda qalıb. Qeyd etdiyimiz kimi, hazırki məlum münaqişə fonunda formalaşan geosiyasi mühit kifayət qədər özünəməxsusdur və tarixi analogoya göstərmək o qədər də asan deyil. Bu səbəbdən də həm mövcud geosiyasi və iqtisadi mühit, həm də konkret bu yatırımlara xas bütün potensial spesifik risklər ciddi təhlil edilərək mütəmadi olaraq müvafiq dəyərləndirmələr aparılır.