SƏNAYE

20 İyun

Dövlət Neft Fondunun investisiya portfeli şokların təsirini neytrallaşdırmağa qadirdir- AÇIQLAMA

 Dövlət Neft Fondunun yüksək şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən geosiyasi risklər nəzərə alınaraq qurulmuşdur və bu kimi şokların təsirini neytrallaşdırmağa qadirdir.

Bu "Fins.az"-ın soruğusuna cavabında Azərbaycan Neft Fondundan bildirilib.

Qeyd olunub ki,  İlk növbədə qeyd etmək lazımdır ki, qlobal maliyyə bazarlarında baş verən ciddi qısamüddətli dalğalanmalar bütün investorlara, o cümlədən institusional investorlara öz təsirini göstərməkdədir. Dövlət Neft Fondunun yüksək şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən geosiyasi risklər nəzərə alınaraq qurulmuşdur və bu kimi şokların təsirini neytrallaşdırmağa qadirdir.Hazırda investisiya portfelinin aktivlər, valyutalar və coğrafi regionlar üzrə bölgüsü bunu deməyə bir daha əsas verir.

Fondun Rusiyaya yatırdığı investisiyalar da toxunulan Fondun açıqlamasında  "Ümumiyyətlə, ARDNF investisiya siyasəti çərçivəsində inkişaf etmiş ölkələr əsas olmaqla müxtəlif region və maliyyə aktivləri üzrə yatırımlarla yanaşı həm də Rusiyaya investisiyalar həyata keçirmişdir,"-deyə qeyd edilib 

Müəllif: Aynur Qəniyeva