SƏNAYE

20 İyun

İraq şirkəti Exxon Mobil-in neft yatağındakı payını alır

İraqın Bəsrə Neft Şirkəti ABŞ-ın Exxon Mobil şirkətinin Qərbi Kurna 1 yatağındakı ən böyük payını alır.
"Fins.az" xəbər verir ki, İraq ABŞ-ın enerji nəhəngi Exxon Mobil-in kritik neft yatağındakı payı üçün tədbirlər görür.

Məlumata görə 2022-ci il büdcəsinin təsdiqindən sonra İraqın neft naziri İhsan Əbdül Cabbar jurnalistlərə bildirib ki, İraqın Basra Oil şirkəti Qərbi Kurna 1 neft yatağında Exxon Mobil-in ən böyük payını öz üzərinə götürəcək.

2021-ci ilin mayında İraq Neft Nazirliyi Exxon Mobil-in neft sahəsindəki payını almaq üçün rəsmi təklif irəli sürüb. Müvafiq neft yatağı 20 milyard bareldən çox təsdiqlənmiş ehtiyata malik ən böyük yataqlardan biri kimi tanınır.

İraq hökuməti ötən il Qərbi Kurna 1 neft yatağının işlənməsinə dair sazişi ratifikasiya edib. 20 illik müqaviləyə əsasən, konsorsium 8,6 milyard barel neft yatağında hasil etdiyi hər barel üçün 1,9 dollar alacaq.