SƏNAYE

17 İyun

Azərbaycanda su elektrik stansiyaları enerjinin istehsalını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10 539,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 3,1% çoxdur.

İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi, ötən il 10 188,2 mln. kVt-saat təşkil edib (+2,8%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjisinin 9 399,9 mln. kVt-saatı istilik (+2,1%), 747,3 mln. kVt-saatı su elektrik (+16,4%) stansiyalarının payına düşüb. İstehsal edilən elektrik enerjisinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).

Ötən il ölkədə istehsal edilən elektrik enerjisinin 23 776,4 mln. kVt-saatı istilik (+7,9%), 1 243,9 mln. kVt-saatı su elektrik (+19,8%) stansiyalarının payına düşüb. İstehsal edilən elektrik enerjisinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyaları ilə təmin edilib.