SƏNAYE

17 İyun

Azərbaycan bu il neft məhsullarının ixracını kəskin azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 143 498,07 min ABŞ dolları dəyərində 245 287,07 ton neft məhsulları ixrac edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 37,8%, həcmi isə 2,2 dəfəyə yaxın azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.

© APA