SƏNAYE

15 İyun

Qazprom qaz hasilatını azaldıb

“Qazprom” bu ilin əvvəlindən indiyədək qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% azaldaraq 226 milyard kubmetrə endirib.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, şirkətin bu ilin əvvəlindən MDB xarici ölkələrə qaz ixracı 28.9% (26.7 milyard kubmetr) azalaraq 65.6 milyard kubmetr olub.

Əlavə edək ki, iyunda “Qazprom”un orta gündəlik ixracı may ayı ilə müqayisədə 13% azalaraq 306.7 milyon kubmetr təşkil edib.