SƏNAYE

15 İyun

Pərviz Şahbazov dünyanın ən böyük üzən külək elektrik stansiyasında olub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov dünyanın ən böyük üzən külək elektrik stansiyasında olub.

Bu barədə nazir tvitter səhifəsində yazıb.

"Böyük Britaniyaya səfər çərçivəsində Şotlandiyanın Aberdinşir sahilindən 15 km məsafədə olan Kinkardinə - dünyanın ən böyük üzən Külək Elektrik Stansiyasına baş çəkdik. 50 MVt gücə malik bu stansiya suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşir", - nazir qeyd edib.

©report