Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından təbii qazı quruya nəql edəcək kəmərin ilk borusu dənizə endirilir.
"Fins.az" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Twitter“ hesabında paylaşım edib.
"Bir neçə saat qalıb. Qara dəniz təbii qazını quruya daşıyan ilk boru dənizə enir”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, “Sakarya” qaz yatağından Filyos limanına qədər çəkilən qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə tədarük olunmalıdır. Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq.