SƏNAYE

11 İyun

EIA: Çində neft hasilatı artacaq

Çində bu il neft və digər maye karbohidrogenlərin hasilatının 5.17 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) məlumat yayıb.

Proqnozlara görə gələn il ölkənin neft və digər maye karbohidrogenlərin hasilatı artaraq 5.25 milyon barel olacaq.

Hesabata əsasən ötən il Çində neft və digər maye karbohidrogenlərin hasilatı 4.99 milyon barel təşkil edib.