SƏNAYE

10 İyun

Energetika naziri: Yanvar-may aylarında Azərbaycan qaz ixracını 27% artırıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycan 9,4 milyard kubmetr qazixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27% çoxdur.

"Fins.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

“2022-ci ilin yanvar-may aylarında Azərbaycan qazının ixracı 9,4 milyard kubmetr təşkil edib, bunun 48%-i və ya 4,5 milyard kubmetri Avropaya nəql olunub”, - Şahbazov öz Twitter hesabında yazıb.

Nazir qeyd edib ki, hesabat dövründə ixrac tədarükünün strukturunda 38% və ya 3,6 milyard kubmetr Türkiyənin, 14% və ya 1,3 milyard kubmetr Gürcüstanın payına düşüb.