SƏNAYE

10 İyun

Nazirdən Azərbaycanın qaz ixracı ilə bağlı AÇIQLAMA

Yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27 faiz çox olub.

"Fins.az" xəbər verir ki, bunu Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov rəsmi tvitter hesabında yazıb.

O bildirib ki, ixracın 48 faizi Avropanın, 38 faizi Türkiyənin, 14 faizi Gürcüstanın payına düşüb.