SƏNAYE

10 İyun

Çin və Hindistan Rusiyadan neft alışını artırıb

"Çin və Hindistan idxalçıları Rusiyadan neft alışının həcmini artırırlar. Bu da anti-Rusiya sanksiyalarının effektivliyinin azalmasına səbəb olur".

Fins.az xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" qəzeti məlumat yayıb.

Məlumata görə, may ayında Çin Rusiyadan gündəlik 800 min barel neft alıb. Bu, yanvar ayı ilə müqayisədə 40% çoxdur.

Əlavə edək ki, may ayında Hindistanın Rusiyadan gündəlik neft alışı 700 min barelə çatıb.