SƏNAYE

09 İyun

Azərbaycanın TRACECA-dan gəlirləri 7%-dək artıb

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 156 781,9 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6,9% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin birinci rübündə sözügedən göstərici 146 727,8 min manat olub.

​Hesabat dövründə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 147 119,1 min manat, sərnişin daşınmasından isə 9 662,8 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 5,8% çox və 26,8% çoxdur.