SƏNAYE

07 İyun

BP-dən açıqlama: Bakı-Supsa ilə daşımalar hələlik dayandırılıb

Biz daha öncə qərar vermişdik ki, Qərb İxrac Boru Kəmərinin (QİBK) yəni Bakı-Supsa xəttinin, fəaliyyətini 2022-ci ilin 13 mart tarixindən 1 aprel tarixinədək müvəqqəti dayandıraq. Bu ehtiyat tədbiri idi. Ehtimal olaraq tankerlərin olmaması və daşıyıcı şirkətlərin Qara Dənizdə üzləşdiyi təhlükəsizlik riskləri nəticəsində boru kəməri əməliyyatlarının pozulması riskinin qarşısını almaq üçün idi.

Bu barədə "Fins.az"a BP-dən açıqlama verilib.

Açıqlamada "Bunun ardınca 2-17 aprel 2022-ci il tarixlərində QİBK-in profilaktik işlər üçün planlaşdırılmış dayandırılması proqramı həyata keçirildi. Proqram bitdikdən sonra ixrac əməliyyatlarını qısa müddətə bərpa etdik və Supsadan aprel ayı üçün planlaşdırılmış bir neçə tanker yükləyib yola saldıq. Bundan sonra isə boru kəmərinin fəaliyyətini may ayı üçün müvəqqəti dayandırdıq və indi iyun ayında da . Hazırda bütün QİBK həcmləri BTC-yə yönləndirilir,"-deyə bildilir. 

Müəllif: Aynur Qəniyeva