SƏNAYE

03 İyun

SOCAR bu il səmt qazı emissiyası üzrə 0 göstəriciyə nail olmaq istəyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sonuna kimi hasilatda səmt qazlarının emissiyası üzrə 0 göstəriciyə nail olmağı planlaşdırır.

Bunu Bakı Enerji Forumunun ikinci günündə çıxış edərkən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2% səviyyəsində olub.

R.Hüseynzadə onu da qeyd edib ki, SOCAR karbonlaşsızdırma, enerji effektliyi, səmt qazlarının yığılması və digər ekoloji məsələlər üzrədə aktiv fəaliyyət göstərir.

(c) report