SƏNAYE

03 İyun

SOCAR: “Azərbaycan TANAP və TAP vasitəsilə 27 milyard kubmetrdən çox qaz ixrac edib”

2022-ci il mayın 1-nə Azərbaycan Trans-Anadolu(TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri ilə 27 milyard kubmetrdən çox qaz ixrac edib.

“2022-ci il 1 may tarixinə olan vəziyyətə görə, TANAP vasitəsilə Türkiyəyə 16 milyard kubmetr, TAP vasitəsilə Avropaya 11,3 milyard kubmetr qaz ixrac edilib”, - deyə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

2022-ci il mayın 1-nə İtaliyaya 9,7 milyard kubmetr, Yunanıstana 1,3 milyard kubmetr, Bolqarıstana 0,3 milyard kubmetr qaz nəql edilib.

Azərbaycan Avropaya qaz ixracına 2020-ci il dekabrın 31-də başlayıb

(c) İnterfaks Azərbaycan