SƏNAYE

01 İyun

Azərbaycan şirkəti  "Qatar Oil"-i partlayışa davamlı avadanlıqlarla təmin edərək quraşdırma həyata keçirəcək

Azərbaycan şirkəti Qatar Oil ilə əməkdaşlığa başlayıb.

"Fins.az" xəbər verir ki,  bu barədə müvafiq fəaliyyəti həyata keçirən  Vertex şirkətinin rəhbəri Musa Aşımlı məlumat verib.

Onun sözlərinə görə Qatar Oil şirkəti tərəfindən yeni inşa olunan  yeni neft platformaları üçün Atex yəni partlayışdan qorumaq-atrex avadanlığının quraşdırılmasını həyata keçirir. Bizim şirkət bu avadanlığın İtaliyada istehsalını təşkil edərək bu platformalarda istifadəsini təmin edir.

Qeyd edək ki, şirkət Çernoqoriya və Monteneqroda platformalarının elektrik və havalandırma sistemlərinin quraşdırılması ilə məşğuldur.