SƏNAYE

01 İyun

Qazprom Shell və Orsted şirkətlərinə qaz tədarükünü dayandırır

Rusiyanın enerji şirkəti Qazprom sabahdan etibarən Shell Energy Europe və Danimarkanın Orsted şirkətlərinə təbii qaz nəqlinin tamamilə dayandırılacağını açıqlayıb.

“Qazprom”dan verilən yazılı açıqlamada “Shell Energy Europe” və Danimarka mərkəzli “Orsted”in Rusiya qazı daşımaları üçün lazım olan rublla ödənişi etmədiyi bildirilib.

Rusiya qazı üçün ödənişlərin aprelin 1-dən rublla edilməsi lazım olduğu vurğulanan açıqlamada, qeyd olunan ödəniş edilmədiyi üçün iyunun 1-dən etibarən Shell Energy Europe və Orsted-ə təbii qaz nəqlinin tamamilə dayandırılacağı qeyd edilib.

Açıqlamada, həmçinin Shell Energy Europe-un Almaniyaya daşınmalar üçün müvafiq ödəniş etmədiyi və şirkət ilə Qazprom arasında müqavilədə göstərilən həcmin ildə 1,2 milyard kubmetr səviyyəsində olduğu da paylaşılıb.

Qazprom daha əvvəl rublla ödəniş etmədiklərini əsas gətirərək Polşa, Bolqarıstan, Finlandiya və Hollandiyaya təbii qaz nəqlini dayandırmışdı.