SƏNAYE

30 May

İranın enerji ixracından gəliri 60% artıb

İranın bu ilin mart-may aylarında enerji ixracından gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 60% artıb.

Bu barədə ölkənin Neft Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Məlumata görə, Ukraynadakı müharibə və pandemiyadan sonra iqtisadiyyatın bərpası fonunda neft qiymətləri ötən ilə nisbətən təxminən iki dəfə artıb. Buna görə də ölkənin enerji ixracından gəliri kəskin artıb.

© reuters